“Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20 illiyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri arasında elan olunmuş müsabiqənin nəticələri məlum olub.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə keçirilmiş müsabiqə neft-qaz və neft-kimya sahəsində fundamental, həmçinin tətbiqi tədqiqatlarda fəal olan gənc alimlərin elmi araşdırmalarını stimullaşdırmaq, onlara geniş imkanlar yaratmaq məqsədi daşıyır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış komissiyaya 27 gənc alim elmi nəticələrini təqdim edib. Komissiya gənc tədqiqatçıların nailiyyətlərini ekspertizadan keçirərək qiymətləndirib.
Sonda 19 nəfər 3 kateqoriya üzrə mükafata layiq görülüb. Qeyd edək ki, 1-ci yer 3000, 2-ci yer 2000, 3-cü yerin mükafatı isə 1000 manatdır.
NİGAR