23 Oktyabr 2014 12:19
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçirilən “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda yüksək səviyyəli siyasət seminarında Türkiyənin uşaq sağlamlığı və xəstəlikləri üzrə eksperti, professor Receb Akdağ da işirak edib. Teleqraf.com-un xəbərinə görə, ekspert deyib ki, Türkiyədə bərabər əhatəli səhiyyə (BƏS) ehtiyac yarandıqda müvafiq, dəstəkləyici, profilatika, müalicəvi və bərpa səhiyyə xidmətlərinə çıxış kimi müəyyən olunur.


“Türkiyədə səhiyyə sahəsində transformasiya proqramı” mövzusunda danışan Receb Akdağ, Türkiyədə BƏS sahəsində ədalətliliyin artırıldığını deyib: “Son 30 il ərzində ləng irəliləyişlərdən sonra, ölkədə səhiyyənin maliyyələşdirilməsi, səhiyyə xidmətlərinə çıxış və nəticələr sahəsində bərabərsizlik əhəmiyyətli dərəcədə azalıb. Ölkədə müavinət paketinə əsasən xəstəliyə, hamiləliyə və doğuşa, bədbəxt hadisələrə və peşə xəstəliklərinə, görmə və qulaqasma, stomatologiya, xaricdə müalicə və digər xidmətlər daxildir”.

Ekspert, Türkiyədə tətbiq olunan sığorta haqları barədə də məlumat verib: “Ən həssas təbəqələrin, yəni özünü maliyyə baxımından təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların sığorta haqları hökumət ödənilir”.

Qonaq, ürkiyə sahiyyə sahəsində mövcud olan “Birgə ödəmə” xidməti barədə də məlumat verib: “Ambulator bölmədə yazılmış dərmanların 10-20 faizinə, xroniki xəstəlikləri müalicə edən dərmanlara, o cümlədən stasionar bölmədə yazılmış dərmanlara görə bu sistem tətbiq olunmur. Ortez və protezlər üçünsa 10-20 faiz “Birgə ödəmə” tətbiq olunur, ancaq həyati əhəmiyyəti olmadıqda bu sistem tətbiq olunmur”.


Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər