Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.