Ən kütləvi imtahanlar aprel və may ayına planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, buraxılış imtahanları aprel ayında planlaşdırılır: "Tarixlər hələ ki məlumd deyil. Ola bilər, Operativ Qərargahın tələblərinə əsasən imtahanlar təxirə salınsın.
Qeyd edim ki, imtahanın təxirə salınması imtahan ardıcıllığına təsir etmir. Ali təhsil müəssisələrinə qəbulda birinci şans mart ayı üçün nəzərdə tutmuşuq. Ötən il abituriyentlərə iki şans verilməsə də, hazırladığımız cədvəldə bu dəfə daha bir şans olacaq. Eyni zamanda, iyun ayında magistraturaya qəbul üçün ikinci şans veriləcək".
Məleykə Abbaszadə bildirib ki, imtahanların tarixləri yalnız mart ayında elan edilə bilər.