1 Fevral 2021 23:57
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin yanvarında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 25,17 faiz payla birinci yerdə qərarlaşıb

Teleqraf.com bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 20,27 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı dekabrla müqayisədə 0,23 faiz azalıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 4,59 faiz artaraq 20,1 faiz təşkil edib.

"YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,55 faiz artaraq 19,3 faizə bərabər olub.

“Pinterest”in payı 13,92 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,45 faiz təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər