Dənizkənarı Bulvar İdarəsində dezinfeksiya işləri aparılır.
Bu barədə Teleqraf.com-a Dənizkənarı Bulvar İdarəsindən bildiriblər.
Bulvar İdarəsi Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrasını təmin etmək məqsədi ilə profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri həyata keçirilib. Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.
Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.