19 Fevral 2021 18:26
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası Vikipediyada” layihəsi çərçivəsində 150-dən çox məqalə yaradılıb.

Bu barədə Teleqraf.com-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırlanan məqalələr onlayn ensiklopediyada yerləşdirilib.

“Layihə çərçivəsində könüllülər tərəfindən krımçak mənşəli şair İlya Selvinski, rəssam Uilyam Allanın “Başqırdlar” rəsmi, Altay şairi və dramaturqu Şatra Şatinov, Krım tatarı olan toxuma ustası Adaviyə Əfəndiyeva, Saxa Xalq şairləri Leonid Popov, Moisey Yefimov, Xakasiya Yazıçılar Birliyinin yaradıcısı və ilk sədri Nikolay Domojakov, Saxa şairi və yazıçısı Erilik Eristiin, Xakas dramaturqu, tərcüməçi, pedaqoq və ictimai xadim Qalina Kazaçinova haqqında məqalələr yaradılıb.

Könüllülər məqalələrin yaradılmasında və Vikipediyada yerləşdirilməsində böyük həvəslə iştirak edirlər. Ona görə də gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq”- deyə Ramin Əhmədov qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər