19 Fevral 2021 17:38
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.

Nazir ötən gün iştirak etdiyi, Ankara keçirilmiş Türkiyə-Azərbaycan İş Adamları Forumuna da toxunub: "Qardaş Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi - ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər