23 Fevral 2021 10:15
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm..."

Xalq artistinin oğlu Yalçın Rzadənin sənət dostlarından da danışıb: "Yalçın müəllimlə əlaqə saxlayırdılar. Müğənni Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı".

Orxan Rzazadə atasının vəsiyyətindən də danışıb: "Heç vaxt ailəsi haqqında danışmağı sevməzdi. Efirə ailəsini çıxarmağı da xoşlamırdı. Ağlamaq şakəri deyildi. Vəsiyyət olaraq deyirdi ki, məndən sonra ağlamayın".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər