23 Fevral 2021 10:56
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadə bu gün günorta saatlarında dəfn ediləcək.

Xalq artistinin qardaşı oğlu Anar Rzazadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Yalçın Rzazadə Lənkəranda, Liman qəsəbəsində dəfn olunacaq".

***

10:50

Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atasının ölüm səbəbini açıqlayıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında deyib ki, Yalçın Rzazadənin mədə və ürək xəstəliyindən əziyyət çəkib: "Türkiyədə Heydər Əliyev Fondunun dəstəyi ilə bir il müalicə almışdı".

Xalq artistinin qardaşı oğlu Anar Rzazadə mərhumun müalicəsindən söz açıb: "Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkür edirik. Bir il fondun dəstəyi ilə Türkiyədə müalicə aldı.

Yalçın Rzazadə xalq artistidir və dövlətimizdən dəfnlə bağlı cavab gözləyirik. Əgər Fəxri Xiyabanda dəfn etmək mümkün olmasa, Lənkəranda dəfn etməyi düşünürük".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova