26 Oktyabr 2014 10:40
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən müəllimlərin sınaq qiymətləndirilməsi bütün regionlarda həyata keçiriləcək.

Bu ilin iyun ayında orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsi keçirilib. Paytaxtın 30 mindən çox müəlliminin cəlb olunduğu imtahan gələn il regionlarda da təşkil olunacaq.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Tovuza jurnalistlərin səfəri zamanı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib: “Artıq biz Bakı şəhərində hansı müəllimin hansı gücdə olduğunu, necə dərs keçdiyini bilirik. Bu tədbir çox effektiv iş oldu. Biz gələn ildən sınaq qiymətləndirilməsini Azərbaycanın bütün bölgələrində təşkil edəcəyik.”

Qiymətləndirmə zamanı müəllimlərin fənn, metodika və kommunikativ bilikləri yoxlanılacaq. Sınaq qiymətləndirilməsində müəllimlərin göstərdiyi nəticələr onların əmək haqlarının azaldılması və yaxud işdən çıxarılması ilə nəticələnməyəcək.

Qiymətləndirmənin aparılmasında məqsəd sadəcə müəllimlərin bilik və bacarıqlarının yoxlanılmasıdır. Dünyanın əksər ölkəsində hər beş ildən bir müəllimlər könüllü və məcburi olaraq attestasiyadan keçirilirlər. Cəsarət Valehovun sözlərinə görə, bizdə bu praktika hələlik tətbiq olunmadığına görə, nazirliyin sınaq qiymətləndirilməsi bir növ bu prosesə hazırlıq xarakteri daşıyır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər