25 Fevral 2021 12:58
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər.

“Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir”, - deyə Ehsan Zahidov bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər