Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 10-da media nümayəndələrinin bu ölkəyə turu təşkil olunub.
Teleqraf.com xəbər verir ki, media-tur Çanaqqala zəfərinin 111-ci ildönümünə həsr olunub və martın 15-dək davam edəcək.
Səfər çərçivəsində media nümayəndələri Çanaqqala şəhərində Şəhidlər abidəsini ziyarət edəcək, həmçinin bu ölkənin turizm potensialı ilə yaxından tanış olacaqlar.