Martın 12-də müşahidə olunacaq soyuq hava şəriati ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi video-çarx hazırlayıb.
Teleqraf.com xəbər verir ki, videomaterialda birliyin 4 şöbə rəisi açıqlamalar verib. Onların hər biri öz sahəsi üzrə hansı hazırlıqların görüləcəyini qeyd etməklə qaz təchizatında hər hansı problemin olmayacağını vurğulayıblar.