27 Oktyabr 2014 17:46
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti sayəsində Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa söykənən münasibətləri səmərəli nəticələrini verməkdədir.

Teleqraf.com xəbər verir ki, 1992-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) fəal üzvü kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən ölkəmiz bu il üçüncü dəfə Şuraya namizədliyini irəli sürüb.

Səlahiyyətli Konfransda ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstan ilə rəqabət aparıb.

Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub.

Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin də dəstəyi xüsusi qeyd edilməlidir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar nəticəsində qarşılıqlı səsvermə yolu ilə şuraya üzvlük seçki yolu ilə təmin olunub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur. Səlahiyyətli Konfrans Birliyin ali orqanıdır.

Konfrans BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur.

Bu il Səlahiyyətli Konfrans Cənubi Koreyanın Busan şəhərində keçirilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər