28 Oktyabr 2014 11:12
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası fevralın 8-12-də Mərakeşdə keçiriləcək 52-ci konfransın ləğv edilməsi və onun qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib.

Həmçinin konfransın başqa ölkədə keçirilməsi məsələsi müzakirə edilir.

Buna səbəb Mərakeşin Ebola virusunun yayılması riski zonasında yerləşməsidir. Bunu nəzərə alan hökumət ölkə ərazisində çoxlu əcnəbinin iştirakı ilə tədbirlərin keçirilməsi əleyhinə çıxış edir. Öz növbəsində “ICANN” hazırda Mərakeşdə Ebola virusuna yoluxma halının qeydə alınmamasına baxmayaraq risk etməməyə üstünlük verərək konfransın keçirilməsi fikrindən daşınıb.

Bu, korporasiya tarixində fors-major səbəblərə görə ləğv edilən ikinci konfransdır. Bir neçə il əvvəl “ICANN” İordaniyada silahlı münaqişəyə görə konfransı ləğv edərək onun Sinqapurda keçirilməsinə qərar verib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər