30 Mart 2021 17:37
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əcnəbilərə pulla satılan göyərçinlər əkin sahələrinin kənarlarında olan çöl göyərçinləri deyil".

Teleqraf.com xəbər verir ki, bunu İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, əcnəbilər ovla yox, quş təlimi ilə məşğul idilər:

“Şahinlərinə ov etdirmələri, heyvanlara qarşı acımasız rəftarın günahları öz boyunlarına qalsın. Texniki və fiziki cəhətdən bizim üzərimizə nə düşmüşdüsə, onu da etmişik. Kaş bizi qınayanlar orada olardı. Sonradan qoyulan videolar, həqiqətən, yasaqlıq ərazisində çəkilib? Orada 30-40 təsərrüfat sahələri var. Biz dəstək gözləyirdik, ancaq çox adam fərqli fikirlərdən çıxış edirdilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər