Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib.
Uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.