3 Aprel 2021 14:18
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunda Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası davam edir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib.

Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər