Xəbər verdiyimiz ki, ötən həftə bağçaların fəaliyyəti ilə bağlı yayılan xəbərlər vətəndaşlarda çaşqınlığa səbəb olub.
Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən Teleqraf.com-a verilən məlumata görə Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssissələrinin fəaliyyəti davam edir.
Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.
Qurumdan bildirilib ki, bu gün valideynlər və bağçalar arasında olan anlaşılmazlıq texniki problemlə bağlı olub. Sabahdan etibarən valideynlər əvvəlki qaydada övladlarını bağçaya göndərə bilərlər.