“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Ə.İsmaylov bildirib ki, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək: “Daha sonra isə layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.