12 Aprel 2021 14:25
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.


Müəllif: Teleqraf.com