Dövlət Məşğulluq Agentliyinin vəzifəli şəxsi dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Q.Həsənov əvvəl “AtaSığorta” şirkətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. O, 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə bu ilin yanvarında təyin edilib.