1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.
İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.
Qeyd edək ki, Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.