29 Aprel 2021 01:36
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəyərli həmkarım, peşəkar təhsil işçisi və dostum Namiq müəllimin vəfatı məni olduqca kədərləndirdi”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev koronavirusdan vəfat edən Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyevlə bağlı paylaşımında yazıb.

“Namiq müəllimi 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticə göstərmiş namizəd olaraq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutuna işə dəvət etdik.

Qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində təhsil islahatlarına yönəlik layihələrin icrasında yaxından iştirak etməyə başladı.

Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür.

Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq, müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram.

Ailəsinə və yaxınlarına səbr diləyirəm”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər