29 Aprel 2021 16:17
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq başçısı, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılan Alimpaşa Məmmədovun xüsusi nəzarəti ilə Park Kolizey MTK tikinti şirkətinə satdığı park ərazisində iki hündürmərtəbəli yaşayış binası inşa edilib.

Teleqraf.com xəbər verir ki, tikinti işləri 20 Yanvar abidəsinin ətrafında salınan park ərazisində aparılıb. Hər iki bina şəhərin mərkəzi hissəsində İcra Hakimiyyəti Aparatına yaxın ərazidədir.

Hazırda da binalarda tikinti işləri davam etdirilir.

Qeyd edək ki, A.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində külli miqdarda rüşvət, korrupsiya və digər əməllərdə ittiham edilərək həb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər