Bakıda tarixi binanın üzərində olan əlavə tikili Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb.
Teleqraf.com-un məlumatına görə, Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində olan əlavə tikinti sökülür. Sözügedən bina 1908-ci ildə inşa edilib.
Bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.