İngiltərəli alimlərin gerçəkləşdirdiyi uzunmüddətli araşdırmalar nəticəsində xərçənginin dərmanı tapılıb.
Teleqraf.com-un məlumatına görə, 25-55 yaşlı 171 min 940 qadının qidalanma rejimini 30 il ərzində araşdıran elm adamları davamlı olaraq çay və portağal suyu içən qadınların yumurtalıqlarında şiş əmələ gəlmə ehtimalının 3 dəfə daha az olduğunu bildiriblər.
Araşdırmanın nəticələrini “American Journal of Clinical Nutrition” adlı jurnalda yayımlayan alimlər çay içən qadınların yumurtalıq xərçənginə yaxalanma riskinin 31 faiz olduğunu qeyd ediblər. Hər gün portağal suyu içənlərin bu xəstəliyə düçar olma riski isə 21 faiz azalır.
Bu xəstəlikdən qorunmağın ən yaxşı yolunun portağal suyu və çay olduğu açıqlanıb.
Buna səbəb çay və portağal suyunun tərkibində olan flavonoid adlı maddədir.