Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.
Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.
Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.