Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qocanın harada dəfn edilməsi müəyyənləşib.
AYB-nin mətbuat katibi Xəyal Rza Teleqraf.com-a açıqlamasında xalq şairinin bu gün saat 16:00-da Birinci Fəxri Xiyabanda dəfn ediləcəyini bildirib.
Bu barədə Mədəniyyət Nazirliyi də məlumat yayıb.
***
10:06
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.
AYB-nin mətbuat katibi Xəyal Rza Teleqraf.com-a açıqlamasında xalq şairinin harada dəfn edilməsinin hələlik dəqiqləşmədiyini bildirib: "Bu məsələ bir-iki saat ərzində aydınlaşacaq".
Mətbuat katibi Fikrət Qocanın ürək xəstəliyindən vəfat etdiyini qeyd edib.
İnfarkt keçirən şair bir ara Türkiyədə müalicə olunmuşdu.