Bu gün COVID-19-a yoluxmada sağalanların sayı yoluxanları ötüb.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, qış aylarında sərt karantin rejiminin tətbiqi ilə yoluxma sayında azalma baş verdi: "18 yanvardan etibarən isə ölkəmizdə vaksinasiya başladıldı. Bu gün sosial aktivliyi saxlasaq da, yoluxmada enmə müşahidə olunur. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır deyə bilərik.
Xəstəliyin yaş qrupları arasında bölünməsi haqqında danışaq, istər pandemiyanın başlanılması mərhələsində, istərsə də hazırda, yaş qrupları dəyişməyib.
Qadın və kişi arasında bölgüyə baxdıqda, qadınlar arasında yoluxma daha yüksəkdir. Regionlar üzrə isə 54 faiz yoluxma Bakının payına düşür. Bakıda Binəqədi və Xətai rayonlarında yoluxma sayı yüksəkdir. Bölgələrdə isə vəziyyət stabil olaraq qiymətləndirilə bilər".