8 May 2021 15:43
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 8-də Dövlət Sər­həd Xidməti Akade­miyasının (DSX) 10-cu buraxılışı münasibətilə təntənəli məra­sim keçiril­ib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Dövlət Himninin ifasından və Döyüş Bayrağının mey­dana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı” içiblər.

Diplomlar təqdim olunduqdan sonra bütün məzunlar adından çıxış edən leytenant Orxan Bağırov Azərbaycan Sərhəd Mühafi­zə­si­nin­ zabit heyətinə daxil olmaları ilə fəxr etmə­lərini bildirmiş, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət bayrağı­mızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə da­ya­nacaqlarını ifadə etmiş, sərhədçi peşə­si­nin sirrlərinə dərindən yiyələn­məkdə, Akade­miyanı uğurla başa vur­maq­da əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdar­lı­ğı­nı bildirmişdir. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Ba­bayev çıxış edərək bütün tədbir iştirakçılarını təbrik edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri müna­sibətilə məzunları təb­rik etmiş, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa­düf etdiyini xüsusi vurğulayıb.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­man­danı cənab İlham Əliyevin rəh­bər­­liyi altında Azər­bay­can Respublikasının Ermən­istan üzərin­də parlaq qələbə qa­zan­ması, Vətən mühari­bəsinin Tarixi Zəfərlə bitməsi qeyd olun­ub.

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tap­şı­rıq­larının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qali­biyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrə­man­­­ların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 sərhədçi-zabitin əziz xatirələri yad edilib.

Uzun illər ərzində döyüş və peşəkar hazırlıq, maddi-texniki təchi­zat, hərbi-vətən­pərvərlik sahələrində tətbiq edilmiş sistemli və müasir yanaşmalar sayə­sində əldə olun­muş nəticələrin Azərbaycan sərhədçi­lərinin Böyük Zəfərin qazanıl­masında uğurlu iştira­kına zəmin yaratdığı vurğulanıb.

Döyüş əməliyyatlarının ilk günündən Azərbaycan sər­­hədçilərinin 24 saat ərzində 105 kilometr məsafədə ildırım­sürətli hücumunun hərb salna­masinə yazılması, düşmə­nin yüzlərlə canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi, Qə­dim Xudafərin kör­­pü­sündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağı­mızın sancılması, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” stra­teji yüksəkliklərinin qəhrəmancasına azad edilməsi xüsusi qeyd olunub.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Preziden­tinə sa­diq­liyi ilə seçi­lən sərhədçilərin xidmətlərini Azərbaycan Res­pub­likasının Prezi­denti Silahlı Qüvvə­lə­rin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi qiymət­ləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulan­ıb.

"Vətən Müharibəsi Qəh­rə­manı" adına layiq görülmüş sərhədçilərdən 4 zabitin DSX Akade­miyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyə­lən­dirilməsində DSX Akade­miyasının peda­qoji və komandir heyətinin xüsusi rolu qeyd edilib.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təmi­na­­tı­nın yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissənin xidməti-döyüş fəaliy­yətinə başlaması, may ayının sonunadək daha 6 yeni hərbi hissənin təmir-tikintisinin yekunlaşacağı barədə mə­lu­mat verilmiş, işğaldan azad olunmuş dövlət sərhəd­lərimizin mühafizə altına götü­rül­mə­sinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verə­cəklərinə, dövlət sərhəd­ləri­nin keşiyində ayıq-sa­yıq dayanacaqlarına əminlik ifadə edilib.

Mərasim başa çatdıqdan sonra DSX Akademiyasının məzunları ilə xatirə foto­şəkli çəkdirilib.

Daha sonra gənc zabitlər Dahi Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, Hərbi Qənimətlər Parkında olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər