10 May 2021 15:30
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" televiziyasının yeni rəhbəri Ülviyyə Mikayılova vəzifəsindən istefa verib.

Teleqraf.com-un kanaldan əldə etdiyi məlumata görə, Ülviyyə Mikayılova vəzifəsinin beşinci günündə telekanaldan ayrılmaq qərarı verib.

Saytımızın əməkdaşı Ülviyyə Mikayılova ilə əlaqə saxlamağa çalışsa da o, telefon zənglərinə cavab verməyib.

Qeyd edək ki, Ülviyyə Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər