18 May 2021 13:40
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” QSC-nin "Stadler" şirkətinə məxsus 9 sərnişindaşıma qatarı var. Bu qatarlar həm regionlar, həm də Abşeron dairəsi üzrə hərəkət edir.

Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəisi Natəvan Bayramova ötən gün Bakı-Sumqayıt qatarında sərnişin sıxlığı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qatarların hər biri dolur: “Hazırda Gəncə istiqamətində sərnişin qatarının fəaliyyəti dayanıb, Abşeron dairəsi üzrə qatarlar isə işləyir. Bakı-Xırdalan-Sumqayıt qatarını işə salandan sonra məlum oldu ki, bu istiqamətdə tələbat gözlədiyimizdən çoxdur.

Buna görə Gəncə istiqamətinə buraxılan qatarlardan birini Bakı-Xırdalan-Sumqayıt istiqamətinə verdik. Bu müvəqqətidir, gələcəkdə rayonlara reyslər açıldıqdan sonra bu məsələyə baxılacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər