Altı gündür evdə müalicə alıram. Ailədə dörd nəfər yoluxmuşuq.
Bunu Teleqraf.com-a açıqlamasında özü və ailə üzvləri koronavirusa yoluxmuş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.
Mirmahmud Mirəlioğlu onun müalicəsini öz üzərinə götürən Heydər Əliyev Fonduna təşəkkür edib:
“Mənimlə maraqlandılar, Allah onlardan da razı olsun. Müalicəni evdə davam etdiririk. Fonddan kömək etdilər, sağ olsunlar. Laboratoriya gəldi, analizlər götürdülər. Mənim özəl həkimim, yəni ailə həkimimiz də müalicəni düzgün başlayıb, o da sağ olsun, bütün həkimlər sağ olsun. TƏBİB-ə də, Heydər Əliyev Fonduna da, əməyi keçən hər kəsə təşəkkür edirəm. Onlar insanlıq göstərdilər, mənim də insanlıq vəzifəmdir, vicdani borcumdur ki, onlara təşəkkür edim”.
Partiya sədri onun səhhətini diqqətdə saxlayan media nümayəndələrinə də təşəkkür edib:
“Hər bir media nümayəndəsinə, həkimlərimizə təşəkkür edirəm. Mənə mənəvi dəstək olan, halımı soruşan, dua edən hər kəsə Allah milyon qat əvəzini versin. Allah bütün xəstələrə şəfa versin. Danışa bilmirəm, bağışlayın...”