Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Teleqraf.com-un məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri karantin rejimi tələbləri və koronavirusla bağlı ölkədəki son vəziyyət barədə ictimaiyyəti məlumatlandırır.
Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.