2 Noyabr 2014 12:49
3 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Axar.az” saytı 1 yaşını qeyd edib. Ötən gün Neon restoranında dostlarını başına yığan sayt kollektivi ilk ad günlərini şən əhval ruhiyyədə keçirib.


Sən demə, “Axar.az”ın Baş redaktoru Anar Niftəliyev təkcə yaxşı rəhbərliyi deyil, həm də yaxşı aparıcılığı bacarırmış.


“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızının təbrikləri ilə başlayan ad günü məclisi media tarixinə aid müxtəlif sual-cavablar, simvolik hədiyyələr, oyunlarla davam edib.


Tədbirdə baş redaktorlar Xalid Kazımlı, Salam Sarvan, Şəmşad Ağa, Anar Yusifoğlu, Elçin Zahiroğlu, Taleh Şahsuvarlı, Amil Hacıyev, Zahid Nurəliyev, həmçinin Niyaməddin Orduxanlı və digərləri “Axar.az”ı təbrik edib, qısa müddətdə ölkənin sayılıb-seçilən saytına çevrilən, ciddi uğurlara imza atan xəbər portalına daha böyük uğurlar arzulayıblar.


Müəllif: