1 İyun 2021 16:15
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə çimərlik mövsümündə deyil, il boyu monitorinqlər həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, may ayından etibarən ETSN və Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə monitorinqlər aparır: "Məqsədimiz hansı çimərliklərdən istifadənin yararlı olduğunu əhaliyə bildirməkdir. Monitorinqlər başa çatmadığı üçün nəticələri hələlik açıqlaya bilmərik. Hər 15 gündən bir monitorinqlər aparılır".

Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Ziyəddin Kazımov əlavə edib ki, hər il olduğu kimi, bu il də dəniz suyunun laborator müayinələri aparılıb: "Tədqiqatlarda dəniz suyunun bakterioloji, toksikoloji və radioloji göstəricilərini araşdırırıq. Tədqiqatlar may ayının 25-dən aparılır və davam etdirilməkdədir. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edim ki, 2021-ci ilə qədər bir sıra qərarlar qəbul edilib. Qaradağ rayonunda Sahil çimərliyi, Səbail rayonununda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi və Xəzər rayonunda Türkan çimərliyində çimmək qadağan edilib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər