8 İyun 2021 20:38
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə jurnalistə qarşı hörmətsizlik edən xəstəxana rəhbərliyini cəzalandırıb.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir:

"Jurnalist Aynur Elgünəşin Mingəçevir ŞMX-da qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb. Belə ki, Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov və cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib. Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.

Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər