Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları fəaliyyət göstərəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat katibi Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, həmçinin, həmin marşrutlara bilet alarkən sərnişinlərdən COVID-19 pasportu tələb olunmur: ”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər”.
DANX-ın rəsmisi, həmçinin əlavə edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində kifayət qədər sərnişin axını var və bu axın tam idarə olunur. Sərnişinlər istədikləri regionlara normal, müntəzəm marşrut xətləri ilə gedə bilirlər.