16 İyun 2021 13:12
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının daxildə karantin müddəti qoyulmadan və PCR testi olmadan səyahət etməsinə imkan verən Avropa “yaşıl rəqəmsal buraxılış vəsiqələri”nin - COVID sertifikatının sınaq rejimində tətbiqinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ulsula fon der Lyayen məlumat verib.

“Avropa yaşıl rəqəmsal buraxılış vəsiqələri iyulun 1-dən qüvvəyə minir, lakin Avropa ölkələri öz vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün onu daha tez tətbiq edə bilərlər. Belçika bunu bu gündən etibarən etmək qərarına gəlir”, - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər