Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” və “Azərikimya” İstehsalat Birliklərinin kollektivi Sumqayıtda növbəti şənbə iməciliyi keçirib.
Teleqraf.com-un məlumatına görə, iməcilikdə birliklərin 600-dən artıq əməkçisi yüksək fəallıqla iştirak edib. Böyük ruh yüksəkliyi və bayram əhval-ruhiyyəsi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış 4 hektarlıq bioremediasia ərazisində, eləcə də sənaye zonasında S.Vurğun küçəsi boyunca uzanan yolun hər iki tərəfində ümumilikdə 1500-dən artıq müxtəlif ağac növləri (şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilanar, badam və xurma ağacları) əkilmiş, digər abadlıq işləri görülüb. Şənbə iməciliklərinin payız mövsümünün sonuna qədər davam etdirilməsi planlaşdırılır.
Naibə