"Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina edilib".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, imtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6%), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46%), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27%) üstünlük təşkil edir.
M.Abbaszadə qeyd edib ki, keçən il müsahibələrdə uğur əldə edən 734 namizəd vakant vəzifələrə təyin edilib: "Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17%) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (223 nəfər), ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb".