4 Noyabr 2014 13:13
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşura günü ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyalarında 2 354 nəfər qan verib. Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, bu gün saat 12:00-dək 940 litr qan tədarük olunub. Aksiya bu gün 18:00-dək davam edəcək.Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən könüllü qanvermə aksiyası keçirilir.

Gülxar


Müəllif: