“Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb".
Teleqraf.com-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.