9 İyul 2021 15:12
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, iqtisadi rayonların yeni bölgüsü ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

İqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər