Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtomobil yollarında son vəziyyəti açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Bakı-Sumqayıt şossesi – Xırdalan dairəsindən başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində ciddi sıxlıq müşahidə olunur,
2. Binəqədi şosesi – Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində,
3. Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində,
4. Qara Qarayev prospekti – “Koroğlu” metrostansiyası istiqamətində,
5. Zabrat şosesi - Zabrat dairəsindən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində,
6. Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti, köməkçi yol,
7. Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol,
8. Həsən bəy Zərdabi prospekti - 20 Yanvar dairəsinə düşən hissəsi.