15 İyul 2021 15:21
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Delta” ştammının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, T.Eyvazov bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib.

O qeyd edib ki, xəstəliyin gizli dövrü var:

“Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər