23 İyul 2021 13:50
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil edib.

Ağstafa RPŞ əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib. Bundan başqa araşdırmalar zamanı məclisdəki qonaqların sayının Operativ Qərargahın müəyyən etdiyi saydan artıq olması və əksər qonaqların vaksinasiya olmaması da aşkar edilib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər