6 Avqust 2021 16:54
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətləri Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər